Yardımlı və Lənkəran rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranıb

Yardımlı və Lənkəran rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranıb

Aşkar edilmiş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar noyabrın 17-də saat 10:00-dan işlər yekunlaşanadək Yardımlı rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

SİA xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bundan başqa, Lənkəran rayonunun məişət tullantıları poliqonunda aparılan qazıntı işləri zamanı qaz xəttinin zədələnməsi və yanğınla nəticələnən sızmanın baş verməsi ilə əlaqədar noyabrın 16-da saat 23:45 radələrindən etibarən Lənkəran rayonunun Girdəni, Göyşaban, Ürgə kəndlərinin və Liman şəhərinin N.Ağayev küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə