Şoxin rus şirkətlərinə 2027-ci ildə işçi qüvvəsini azaltmağa icazə verdi

Rusiya Sənayeçi və Sahibkarlar Birliyi (RSPP) Rusiyada işsizliyin artacağını proqnozlaşdırdı...
Şoxin rus şirkətlərinə 2027-ci ildə işçi qüvvəsini azaltmağa icazə verdi

...Rusiya Sənayeçi və Sahibkarlar Birliyinin (RSPP) rəhbəri Aleksandr Şoxin bildirib ki, iqtisadi proqnozlar yaxşılaşmasa, Rusiya şirkətləri 2027-ci ildə işçi qüvvəsinin optimallaşdırılmasına və işdən çıxarılmasına başlaya bilərlər.

Biznes assosiasiyasının rəhbərinin sözlərinə görə, indiyə qədər əksər yerli şirkətlər işgüzar fəaliyyətin tez bir zamanda bərpa olunmasına ümid edərək işçi qüvvələrini saxlamağa çalışıblar.

Lakin, 2027-ci il üçün mühafizəkar iqtisadi proqnoz nəzərə alınmaqla, artıq işçi qüvvəsini saxlamaq iqtisadi cəhətdən mümkünsüz hala gəlir ki, bu da ölkədə işsizliyin artmasına səbəb ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, Aleksandr Şoxin qeyd edib ki, şəhər yaradan müəssisələr və iri işəgötürənlər xüsusi vəziyyətdə olacaqlar.

Onlar fəaliyyət göstərdikləri bölgələrdə məşğulluğun təmin edilməsinin sosial yükünü daşımağa davam etməli olacaqlar. Bu transformasiya dövründə bu cür şirkətləri dəstəkləmək üçün əlavə hökumət tədbirləri tələb olunacaq.

Xüsusilə, Rusiya Sənayeçi və Sahibkarlar Birliyi rəhbəri onlara vergi ödənişləri də daxil olmaqla, öhdəlikləri üçün təxirəsalma, hissə-hissə ödəmə planları və fərdi ödəniş cədvəllərinin təqdim edilməsinin vacibliyini vurğulayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə