“Tarixi vəzifələr borclanmaya müraciət edilmədən, ölkənin öz resursları hesabına həyata keçirilib” - Mikayıl Cabbarov
Azərbaycan son illərdə qarşısında duran tarixi vəzifələri xarici borclanmaya müraciət etmədən, öz daxili resursları hesabına həyata keçirib.
SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı deyib.
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə əldə olunan iqtisadi nəticələr ölkənin qarşısında duran mühüm vəzifələrin həllinə yönəldilib.
Nazir qeyd edib ki, bu dövrdə müdafiə qabiliyyəti gücləndirilib, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılıb, böyük sosial paketlər reallaşdırılıb və əhalinin rifahı yüksəldilib.
M.Cabbarov vurğulayıb ki, əldə olunan nəticələrin ən mühüm xüsusiyyəti bütün bu vəzifələrin ölkənin öz maliyyə imkanları hesabına reallaşdırılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB