“Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dollara yaxınlaşıb” - Azər Əmiraslanov
Azərbaycanın həyata keçirdiyi inkişaf strategiyası ölkənin iqtisadi dayanıqlığının qorunmasına və strateji ehtiyatlarının artırılmasına imkan verib.
SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, regionda münaqişələrin davam etdiyi şəraitdə Azərbaycan təmkinli və məsuliyyətli davranış nümayiş etdirərək milli maraqlarını ardıcıl şəkildə müdafiə edib.
Komitə sədri qeyd edib ki, 10 ay ərzində dövlət büdcəsi 4,8 milyard manat profisitlə icra olunub. Oktyabr ayının sonuna olan məlumata görə, ölkənin strateji valyuta ehtiyatları 89 milyard dollara yaxınlaşıb. Bu göstərici xarici dövlət borcundan təxminən 20 dəfə çoxdur.
A.Əmiraslanov vurğulayıb ki, ilin mühüm nəticələrindən biri də Böyük Qayıdışın davam etdirilməsidir. İşğaldan azad edilmiş ərazilərdə yaşayış məskənlərinin və infrastrukturun bərpası, eləcə də ailələrin doğma yurdlarına qayıdışı istiqamətində işlər davam etdirilir.
O əlavə edib ki, əhalinin rifahının yüksəldilməsi, gəlirlərinin artırılması və sosial müdafiəsinin gücləndirilməsi də dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB