400 min çexiyalı hökümətin mediaya pul ayırmasına qarşı ayağa qalxıb..

400 min çexiyalı hökümətin mediaya pul ayırmasına qarşı ayağa qalxıb..

Praqada 350 - 450 min insan hökumətin dövlət mediasını maliyyələşdirilməsi ilə bağlı islahat planına etiraz edib.

Bu barədə AFP mitinqin təşkilatçısı, "Demokratiya üçün milyon anlar" assosiasiyasının rəhbəri Mikulaş Minara istinadən məlumat yayıb.

Təşəbbüs Çexiya radio və televiziyasının tam olaraq dövlət tərəfindən maliyyələşdirilməsini, televiziya və radio üçün abunə haqlarının ləğv edilməsini nəzərdə tutur. Bundan əlavə, dövlətin media büdcəsinin 15 % azaldılması planlaşdırılır.

Mitinq iştirakçıları bu addımın mətbuat azadlığına təhlükə yaratdığını, onları dövlətdən daha çox asılı hala gətirəcəyini iddia ediblər. Mitinqin təşkilatçısı Mikulaş Minar etirazların son 37 ildə ən böyük olduğunu bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə