Ağstafada mina partlayışı hadisəsi baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Ceyrançöl adlanan ərazisində qeydə alınıb.
Minaya düşən 1986-cı il təvəllüdlü R. Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb. 1982-ci il təvəllüdlü S. Əmrahov isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu barədə ilkin xəbəri oxu.az yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB