İslam ölkələri İsrailin xəstəxananı bombalamasını PİSLƏDİ

İslam ölkələri İsrailin xəstəxananı bombalamasını PİSLƏDİ

Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, Türkiyə və Pakistan da daxil olmaqla, 18 İslam ölkəsinin xarici işlər nazirləri İsrailin Xan-Yunisdəki "Nasir" tibb kompleksinə endirdiyi aviazərbəni pisləyiblər.

SİA "Al Jazeera"ya istinadən xəbər verir ki, zərbə nəticəsində ən azı altı fələstinli, o cümlədən bir cərrah və bir uşaq həlak olub.

Birgə bəyanatda nazirlər bu addımı beynəlxalq humanitar hüququn pozulması adlandırıb, həmçinin İsrailin fələstinli qaçqın düşərgələrinə qarşı davam edən hücumlarını pisləyərək bu zərbələrin Qəzzada atəşkəs rejimini sarsıtdığı barədə xəbərdarlıq ediblər.

Nazirlər İsraili atəşkəs rejiminə riayət etməyə, humanitar yardımın maneəsiz çatdırılmasını təmin etməyə və barışıq razılaşması çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə çağırıblar. Onlar həmçinin Vaşinqtonu və Sülh Şurasını bu məsələnin həllində kömək göstərməyə çağırıblar.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə