Azərbaycanda işsizlərin sayı daha 1,1 faiz artdı

Azərbaycanda işsizlərin sayı daha 1,1 faiz artdı

Bu il oktyabrın 1-nə ölkədə qeydiyyata alınmış işsiz şəxslərin sayı 1,1 faiz artaraq 251,2 min nəfər olub.

SİA Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"na istinadla xəbər verir ki, real sektorun monitorinqi çərçivəsində aparılan sorğu nəticələrinə əsasən sentyabr ayında məşğulluq gözləntiləri üzrə göstəricilər plastik məmulatlar istehsalı, metallurgiya və tikinti materiallarının istehsalı kimi qeyri-neft-qaz istehsalı sahələrində müsbət zonada olub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə