"Bu bəyannamə münasibətlərimizdə yeni fəsil açır" - ingilis nazirdən PAYLAŞIM

"Bu bəyannamə münasibətlərimizdə yeni fəsil açır" - ingilis nazirdən PAYLAŞIM

Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stüart Vud X hesabında Azərbaycanla bağlı paylaşım edib. İngilis paylaşımında yazır ki, "Avropa Siyasi Birliyinin Dublində keçirilən sammiti çərçivəsində imzalanmış Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə iki ölkənin münasibətlərində yeni mühüm fəsil açır." SİTAT: "Avropa Siyasi Birliyinin Dublindəki sammitində razılaşdırılmış Böyük Britaniya və Azərbaycan arasındakı strateji tərəfdaşlıq ölkələrimizin münasibətlərində yeni mühüm fəslin başlanğıcını qoyur. O, regional sabitliyin və rifahın möhkəmlənməsinə kömək edir, eləcə də texnologiya, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün daha geniş imkanlar açır", - o yazıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə