Deputat: Prezident sammitdə Ukraynanın ərazi bütövlüyünə dəstəyi bir daha bəyan etdi

Deputat: Prezident sammitdə Ukraynanın ərazi bütövlüyünə dəstəyi bir daha bəyan etdi

Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət mövqeyini ardıcıl şəkildə ifadə edir. Prezident İlham Əliyevin sammit çərçivəsində keçirdiyi görüşlərdə də bu məsələlər diqqət mərkəzində olub.

Bu sözləri SİA-ya deputat Aydın Mirzəzadə deyib.


O bildirib ki, Cənab Prezident sammit çərçivəsində bir sıra ölkələrin liderləri ilə çox səmərəli görüşlər keçirdi. Bəzi ölkələrin nümayəndələri şəxsən Azərbaycan Prezidenti ilə görüşmək üçün müraciət ediblər:

“Prezidentimizin Ukrayna Prezidenti ilə görüşündə Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi, eləcə də Ukraynanın hazırda ehtiyac duyduğu humanitar yardımlarda Azərbaycanın iştirakı məsələləri gündəmə gəldi. Dünya Azərbaycanın beynəlxalq məsələlərin həllində beynəlxalq hüquqa, hər bir ölkənin ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsiplərinə əsaslanan siyasətinin fərqindədir.

Cənab Prezidentimiz bu dəfə də Dubayda keçirilən sammit çərçivəsində Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə bəyan etdi”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə