“Bu gün milli təhlükəsizliyimizin təmin edilməsi və müdafiə qüdrətimizin artırılması hər birimizi ciddi düşündürən məsələlərdəndir. Dünyada gərginliyin hökm sürdüyü, ətrafımızda müharibələrin getdiyi, bir çox ölkələrdə qarşıdurmaların yaşandığı şəraitdə dövlət büdcəsinin əhəmiyyətli hissəsinin müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılması təbii və zəruridir”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev Milli Məclisin üç komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın mühüm qələbələr qazanmasında müdafiə qüdrətinin yüksək olması, ordunun gücləndirilməsi və hərbçilərə göstərilən dövlət qayğısı mühüm rol oynayıb. Bu gün də ordunun müdafiə imkanlarının artırılması hər bir Azərbaycan vətəndaşı üçün qürur və şərəf məsələsidir.
Onun sözlərinə görə, Azərbaycan bundan sonra da sülhə və əmin-amanlığa dəstək verməli, eyni zamanda, milli təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində tədbirləri davam etdirməlidir.
T.Rzayev bildirib ki, müdafiə və təhlükəsizlik xərclərinin artırılması təkcə dövlətin deyil, hər bir vətəndaşın maraqlarına xidmət edir. Çünki bu vəsaitlər ölkənin müdafiəsi, insanların təhlükəsizliyi, övladlarımızın gələcəyi və firavanlığı üçün nəzərdə tutulur.
Millət vəkili işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti, bərpa və quruculuq işlərinin davam etdirilməsinin də vacibliyini vurğulayıb. O bildirib ki, həmin ərazilərə ayrılan vəsaitin artırılması təqdirəlayiqdir və bu istiqamətdə görülən işlər ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB