İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyn istiqamətində iki PUA göndərib. Hər iki uçuş aparatı ABŞ qüvvələri tərəfindən zərərsizləşdirilib. Hadisə nəticəsində xəsarət alan olmayıb və heç bir ziyan dəyməyib.
SİA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X hesabında paylaşım edib.
Qeyd edək ki, dünən axşam SEPAH-ın ABŞ-ın Sirik şəhərinə endirdiyi hava zərbəsinə cavab olaraq Bəhreyndəki ABŞ-a məxsus erkən xəbərdarlıq radar sistemini məhv etdiyi xəbəri yayılıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB