Pakistanda xüsusi ƏMƏLİYYAT - 24 yaraqlı öldürüldü

Pakistanda xüsusi ƏMƏLİYYAT - 24 yaraqlı öldürüldü

Pakistanın Bəlucistan vilayətində və Xayber-Paxtunxvanın Şimali Vəziristan dairəsində silsilə antiterror əməliyyatları nəticəsində 24 yaraqlı məhv edilib. toqquşmalar zamanı dörd hərbi qulluqçu həlak olub. SİA xəbər verir ki, bu barədə Pakistanın İdarələrarası Xidmətlərin İctimaiyyətlə Əlaqələr İdarəsindən (ISPR) bildirilib.

İdarənin məlumatına görə, əməliyyatlar noyabrın 13-dən etibarən Bəlucistanın Kolpur, Kirdqap və Nuşki rayonlarında keçirilib. Noyabrın 14-nə keçən gecə Kolpurda təhlükəsizlik qüvvələri aralarında bir kamikadze-terrorçunun da olduğu səkkiz yaraqlını öldürüb. Həmçinin silah və sursatdan ibarət böyük gizli saxlanc yeri aşkar edilib.

Şimali Vəziristanda keçirilən əməliyyatlar zamanı daha 16 yaraqlı zərərsizləşdirilib. ISPR-in məlumatına görə, toqquşmalar Mir-Əli, Datta-Xel və Əli-Xel rayonlarında baş verib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə