"Skuterlə qayda pozanları 40 manat cərimə gözləyir" - MƏLUMAT VERDİ

"Skuterlə qayda pozanları 40 manat cərimə gözləyir" - MƏLUMAT VERDİ

"Bakı Şəhər DYP İdarəsi tərəfindən kiçik elektrik nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir".

Məsələ ilə bağlı, Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, paytaxt ərazisində skuter idarə edənlərin sayı günü-gündən çoxalır və bu da öz növbəsində yol-nəqliyyat hadisələrinin baş vermə riskini daha da artırır:

"Bu tip nəqliyyat vasitəsini idarə edən bəzi şəxslər yollarda xaotik hərəkətlər edərək sürücülərə, səkilərdə isə piyadalara ciddi təhlükə yaradırlar ki, belə hallar da yolverilməzdir. Skuterləri nəzərdə tutulan xüsusi yerlərdə, velosiped zolaqlarında, həmçinin yolun sağ zolağı ilə nəqliyyat axınına mane olmadan idarə etmək lazımdı.

Skuter sürücüləri tərəfindən qayda pozuntuları aşkarlandığı təqdirdə İXM-nin 338.4-1. Maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə də nəzərdə tutulub.

Bütün bunları nəzərə alaraq skuter sürücülərindən xahiş edirik ki, təhlükəsizlik qaydalarınla yanaşı yol hərəkəti qaydalarına da biganə yanaşmasınlar əks halda barələrində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.

Unutmaq olmaz ki, ani diqqətsizlik yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə