BMW 700 mindən çox avtomobili geri çağırır - şok səbəb açıqlandı

BMW 700 mindən çox avtomobili geri çağırır - şok səbəb açıqlandı

Almaniyanın avtomobil konserni BMW yanğın riski səbəbindən 720 min 796 avtomobili ABŞ-dən geri çağırır. Bu barədə "Reuters" agentliyi bildirib.

İdarə həmçinin sahiblərə nəqliyyat vasitəsi təmir edilənə qədər öz avtomobilini açıq havada, binalardan və digər nəqliyyat vasitələrindən uzaqda park etməyi tövsiyə edib.

BMW nasazlıqların aradan qaldırılması üzərində işləyir və 2024-cü ildə avtomobillər su nasosu problemi səbəbindən geri çağırılıb təmir edildikdən sonra baş vermiş 10 yanğın halı barədə məlumata malikdir.

NHTSA-dan qeyd ediblər ki, geri çağırılma BMW 3-cü, 5-ci seriya, X1, X3, X4 və Z4, eləcə də 2012-2018-ci illər arasında istehsal edilmiş bəzi digər modellərə şamil olunacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə