Dağıstanda məşhur idmançı güllələnib öldürüldü

Dağıstanda məşhur idmançı güllələnib öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc medalını qazanan 31 yaşlı Məhəmməd Davudov güllə yarası alaraq qətlə yetirilib.

SİA Rusiya KiV-lərinə istinadən xəbər verir ki,idmançıya “Marrakeş” banket zalının yaxınlığında qara rəngli avtomobildən atəş açılıb. Ağır yaralanan idmançı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Məlumata görə, hücum edən şəxslər hadisə yerindən qaçıblar.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə