Bakıda tələbə qızın meyiti tapılıb

Bakıda tələbə qızın meyiti tapılıb

Bakıda tələbə qız qəfil vəfat edib. SİA Oxu.az-a istinadla xəbər verir ki, hadisə dünən baş verib.

Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb.

Məlumata görə, onun meyitini birlikdə yaşadığı bacısı aşkarlayıb. Tələbənin ölüm səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə