İranda sərnişin avtobusu aşıb: 11 nəfər ölüb, 19 yaralı var

İranda sərnişin avtobusu aşıb: 11 nəfər ölüb, 19 yaralı var

İranın İlam vilayətində sərniş

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur “X” sosial şəbəkəsində bildirib.

Hadisə Dəşt-Abbas–Mormuri avtomobil yolunda baş verib.

İlkin məlumata əsasən, qəza nəticəsində yaralanan 19 nəfər xəstəxanaya yerləşdirilib.

İlam vilayətinin Qızıl Aypara Cəmiyyəti daha əvvəl IRIB-ə açıqlamasında hadisə nəticəsində azı 5 nəfərin öldüyünü, 17 nəfərin yaralandığını bildirmişdi. Sonradan ölən və yaralananların sayı ilə bağlı məlumat yenilənib.

İran Səhiyyə Nazirliyinin rəsmisi yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında sürücülərin məsuliyyətli davranmasının vacibliyini vurğulayıb.

Qəzanın dəqiq səbəbi barədə hələlik məlumat verilməyib.

in avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 19 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə