Balakən Regional “ASAN Xidmət” mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Xidmətlər Agentliyi və “ASAN könüllüləri” Təşkilatının birgə layihəsi olan satış-sərgi təşkil olunub.
SİA-nın bölgə müxbiri xəbər verir ki, sərgidə əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin əl işləri nümayiş olunub.
Tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, Balakən Regional “ASAN Xidməti”nin əməkdaşları, şəhid ailələri, qazilər, veteranlar və ictimaiyyət nümayəndələri iştirak edib.
Qonaqlar sərgidəki əl işlərinə tamaşa edib, müəlliflərlə söhbət edərək onların rəy və fikirləri ilə tanış olub, gələcək planları ilə maraqlanıblar.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, əlilliyi olan şəxslərin peşə bacarıqlarına yiyələnməsi, cəmiyyətə inteqrasiyası və əmək fəaliyyətinə cəlb olunması dövlət sosial siyasətinin prioritet istiqamətlərindəndir. Belə sərgilər isə onların istedadını üzə çıxarmaq və əməyini dəyərləndirmək baxımından böyük əhəmiyyət daşıyır.
Digər çıxış edənlər də belə sərgilərin əlillərin cəmiyyətə inteqarasiya olunmasındakı rolunu yüksək qiymətləndirib.
Qeyd edək ki, sərgidə ağac üzərində oyma işləri, muncuqdan toxunmuş çantalar, bilərziklər, milli ornamentli qablar və vazalar, tikmələr, rəsm əsərləri və digər dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunub. Ziyarətçilər bəyəndikləri əl işlərini yerindəcə əldə etmək imkanı qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB