Xırdalanda güclü külək taxta hasarı avtomobillərin üzərinə aşırıb

Xırdalanda güclü külək taxta hasarı avtomobillərin üzərinə aşırıb

Abşeronda güclü külək nəticəsində yeni tikilən çoxmərtəbəli yaşayış binasının ətrafında qurulan taxta hasar avtomobillərin üzərinə aşıb. SİA xəbər verir ki, hadisə Xırdalan şəhərində, Xırdalan dairəsinə yaxın ərazidə, Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hasar küləyin təsirindən aşıb. Nəticədə yol kənarında park edilmiş azı 5 avtomobilə ziyan dəyib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə