ABŞ-ın daha bir aviadaşıyıcı gəmisi sabah Yaxın Şərqə çatır...

ABŞ-ın daha bir aviadaşıyıcı gəmisi sabah Yaxın Şərqə çatır...

“USS Theodore Roosevelt” aviadaşıyıcı gəmisi sabah Yaxın Şərqdəki daha iki ABŞ aviadaşıyıcı gəmisinə qoşulacaq.

SİA xəbər verir ki, bu barədə “New York Times“ qəzeti ABŞ hərbi rəsmisinə istinadən məlumat verib.

Beləliklə, ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədəki aviadaşıyıcı gəmilərinin sayı üçə çatacaq.

Qeyd edək ki, bölgədə hazırda “USS George H.W. Bush” və “USS George Washington” aviadaşıyıcı gəmiləri fəaliyyət göstərir. “USS Theodore Roosevelt” isə noyabrın 9-da Sinqapurdan Yaxın Şərq istiqamətində hərəkətə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə