Milli Məclisin növbəti plenar iclası keçirilir

Milli Məclisin növbəti plenar iclası keçirilir

Noyabrın 16-da Milli Məclisin 2026-cı il noyabrın 16, 17 və 18-də keçiriləcək iclaslarının gündəliyi müzakirəyə çıxarılıb.

SİA xəbər verir ki, üç günlük iclasların gündəliyinə 10 məsələ daxil edilib.

Gündəlikdə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında”, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcələri, eləcə də 2027-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihələri ilk oxunuşda yer alıb.

Bundan başqa, bir sıra məcəllə və qanunlara dəyişiklik edilməsi ilə bağlı qanun layihələrinin də müzakirəsi nəzərdə tutulub. Dəyişikliklər sosial müdafiə, əmək münasibətləri, təhsil, səhiyyə, miqrasiya, ətraf mühitin mühafizəsi, dövlət satınalmaları, vergi və digər sahələri əhatə edir.

İclasların gündəliyinə, həmçinin Milli Məclisin və Hesablama Palatasının 2027-ci il üçün xərclər smetaları haqqında qərar layihələri daxil edilib.

Müzakirələr noyabrın 18-dək davam edəcək.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə