Bakı şəhərində, “Gülüstan” Sarayında ölkədə ilk dəfə Milli Məşğulluq Forumu təşkil olunur.
SİA xəbər verir ki, noyabrın 16-da Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən forumda bir sıra dövlət qurumlarının rəhbərləri, xarici nümayəndələr və digər qonaqlar iştirak edirlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca müxtəlif nəsillərin zəhməti nəticəsində ölkədə yeni sahələrin yaranması, əmək bazarının formalaşması və inkişaf mərhələlərini əks etdirən videoçarx nümayiş olunub.
Forumun əsas məqsədi məşğulluq sahəsində mövcud vəziyyətin müzakirəsi, əmək bazarının inkişaf perspektivlərinin dəyərləndirilməsi və bu istiqamətdə yeni yanaşmaların müəyyənləşdirilməsidir.
Tədbir çərçivəsində məşğulluq siyasəti, əmək bazarının müasir tələbləri, insan kapitalının inkişafı və beynəlxalq təcrübənin tətbiqi ilə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Milli Məşğulluq Forumu dövlət qurumları, işəgötürənlər, sosial tərəfdaşlar və beynəlxalq nümayəndələr arasında əməkdaşlığın genişləndirilməsi, ölkədə məşğulluq imkanlarının artırılması baxımından mühüm platforma kimi çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB