“Azərbaycanda peşə hazırlığı əmək bazarının tələblərinə uyğunlaşdırılacaq” - RƏŞAD MUSTAFAYEV
Müasir əmək bazarının tələbləri peşə hazırlığı sisteminin yenilənməsini və təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın genişləndirilməsini zəruri edir.
SİA xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məşğulluq Forumunda çıxışı zamanı deyib.
Bildirilib ki, təhsil müəssisələri, peşə hazırlığı mərkəzləri və işəgötürənlər arasında sıx əməkdaşlıq tədris proqramlarının müasir tələblərə uyğun yenilənməsinə, gənclərin praktiki bacarıqlar qazanmasına və əmək bazarına daha hazırlıqlı daxil olmasına imkan yaradacaq.
Eyni zamanda, artıq çalışan şəxslər üçün yeni bacarıqlara yiyələnmə imkanlarının genişləndirilməsi əmək bazarının dayanıqlılığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə rəqəmsal və yaşıl iqtisadiyyatın inkişafı yeni peşə və bacarıqlara tələbatı artırır.
Məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması da prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Müasir texnologiyaların tətbiqi işaxtaranların bacarıqlarının mövcud vakansiyalarla uyğunlaşdırılmasına, əmək bazarının gələcək tələbatının proqnozlaşdırılmasına və vətəndaşlara fərdi yanaşmanın gücləndirilməsinə şərait yaradır.
Bu istiqamətdə Elektron Peşələr Atlası kimi yeni alətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır.
Bununla yanaşı, gənclərin ilk iş təcrübəsi qazanması, qadınların, əlilliyi olan şəxslərin və digər həssas qrupların iqtisadi fəallığının artırılması məşğulluq siyasətinin mühüm istiqamətləri sırasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB