“Azərbaycan şirkətləri beynəlxalq bazarlara çıxır və xaricdə aktivlər əldə edir” - Mikayıl Cabbarov
Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxması və xaricdə aktivlər əldə etməsi ölkənin gəlir mənbələrinin şaxələndirilməsinə, ümumi milli gəlirin davamlı artımı üçün yeni imkanların yaranmasına şərait yaradır.
SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı deyib.
O bildirib ki, hazırda Azərbaycan şirkətləri xarici bazarlarda fəaliyyətlərini genişləndirir, müxtəlif aktivlər əldə edir və həmin aktivlər əlavə gəlir mənbəyinə çevrilir.
Nazir qeyd edib ki, bu proses ölkənin gəlir bazasının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
M.Cabbarov vurğulayıb ki, iqtisadiyyatda ümumi milli gəlirin davamlı artımı üçün yeni təməllər formalaşır. Azərbaycan şirkətlərinin beynəlxalq fəaliyyətinin genişlənməsi də bu istiqamətdə əlavə imkanlar yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB