2027-ci ildə qeyri-neft sektorunda investisiya xərcləri üçün 5,3 mlrd. manat ayrılacaq
“Növbəti ildə qeyri-neft sektorunda investisiyaların və iqtisadi artımın dəstəklənməsi məqsədilə dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üçün 5,3 mlrd. manat nəzərdə tutulub”.
SİA xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Yeni borclanma siyasətinə uyğun olaraq gələn il dövlət borcuna xidmətlə bağlı xərclər üçün 2,2 mlrd. manat vəsait sərf ediləcək ki, bu da cari illə müqayisədə 257,6 mln. manat və ya 10,5 faiz azdır.
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB