“Cəlilabadın 34 kəndində elektrik infrastrukturu yenilənib” - Elman Nəsirov

“Cəlilabadın 34 kəndində elektrik infrastrukturu yenilənib” - Elman Nəsirov

Cəlilabad şəhərində və rayonun 34 kəndində elektrik təsərrüfatının yenilənməsi istiqamətində işlər aparılıb.

SİA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Elman Nəsirov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, ötən bir il ərzində Cəlilabad şəhərində və 34 kənddə 1474 ədəd 10 kilovoltluq dayaq yenilənib, 47,3 kilometr elektrik xətti tamamilə dəyişdirilərək kabelə keçirilib.

0,4 kilovoltluq xətlər üzrə isə 4262 dayaq dəyişdirilib, 100 kilometr məsafədə yeni kabellər çəkilib. Nəticədə hava şəraitindən asılı olmayaraq, elektrik enerjisi ilə bağlı mövcud problemlərin həllində müsbət nəticələr əldə olunub.

Elman Nəsirov, eyni zamanda, Cəlilabadın 118 kəndindən 60-da qaz təminatı ilə bağlı problemlərin olduğunu diqqətə çatdırıb. O, xüsusilə İranla sərhəddə yerləşən kəndlərin qaz təchizatı məsələsinin həllinə həssas yanaşılmasını xahiş edib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə