Noyabrın 16-da elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan şəhərində vətəndaşlarla görüş keçirib.
Nazirlikdən SİA-ya bildirilib ki, qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Nazir qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli məqsədilə Elm və Təhsil Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB