Azərbaycanda özəl sektorun investisiya qoyuluşları üçün daha əlverişli şəraitin yaradılması istiqamətində yeni təşviq mexanizmləri tətbiq olunur.
SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı deyib.
O bildirib ki, dövlətin investor rolundan tərəfdaş roluna keçidi şəraitində özəl kapital üçün imkanların genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Nazir qeyd edib ki, mövcud investisiya təşviqi mexanizmi ilə yanaşı, ayrı-ayrı sahələr və klasterlər üzrə yeni, ünvanlı vergi təşviqlərinin tətbiqi davam etdirilir.
M.Cabbarov vurğulayıb ki, bu istiqamətdə innovasiya, startap və texnologiya parkları üzrə 20 ilədək müddəti əhatə edən vergi güzəştləri paketi qəbul edilib.
O əlavə edib ki, strateji investisiya layihələrinin sürətləndirilmiş icrası məqsədilə Baş nazirin müavininin rəhbərliyi ilə İşçi qrup yaradılıb. Bununla yanaşı, özəl sənaye zonalarının və dövlət-özəl tərəfdaşlığı modellərinin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB