“Qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı 2 dəfədən çox artıb” - Nazir
Azərbaycanda iqtisadiyyatın şəffaflaşması istiqamətində həyata keçirilən islahatlar qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artmasına şərait yaradıb.
SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı deyib.
O bildirib ki, cari ilin 10 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 faizdən çox artıb. Bu göstərici qeyri-neft-qaz ÜDM-in nominal artım tempini üstələyir.
Nazir qeyd edib ki, 2018-ci ildən etibarən aktiv vergi ödəyicilərinin sayı 2 dəfə, ƏDV ödəyicilərinin sayı 3,5 dəfə, aktiv obyektlərin sayı isə 1,7 dəfə artıb.
M.Cabbarov vurğulayıb ki, əmək bazarının şəffaflaşması Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin strukturunda da özünü göstərir. Belə ki, Fondun gəlirlərində dövlət büdcəsindən ayırmaların payı 2018-ci ildəki 36 faizdən cari ilin 10 ayında 20 faizə enib.
İqtisadiyyat naziri əlavə edib ki, səkkiz il əvvəl vergi islahatı paketi təqdim edilərkən məhz bu nəticələr proqnozlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB