ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukrayna məsələsində mövqeyini yumşaltdığını və müəyyən güzəştlərə getdiyini bildirib.
SİA xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Putin Ukrayna məsələsində bir qədər geri çəkilir. O, daha sərt davrana bilərdi. Açığını desəm, güzəştlərə gedir”, – ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndələri arasında noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə danışıqlar keçirilib. Görüşlərdə müharibənin başa çatdırılması, ərazi məsələləri və Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB