Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb, amma...

...əks istiqamətdə artıb
Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb, amma...

Bu ilin oktyabr ayında Azərbaycandan Gürcüstana göndərilən pul köçürmələrinin məbləği 2,79 milyon ABŞ dolları təşkil edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

İllik müqayisədə pul köçürmələrinin həcmi 21,78% azalıb.

Ötən ayda Gürcüstana daxil olan pul köçürmələrində Azərbaycanın payı 0,97%-ə bərabər olub.

Gürcüstandan Azərbaycana isə 7,30 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib, bu da ötən ilin eyni göstəricisini 5,04% üstələyir.

Hesabat ayında Gürcüstana xaricdən daxil olan pul köçürmələrinin həcmi 288,56 milyon ABŞ dolları, Gürcüstandan xaricə göndərilən pul köçürmələrinin həcmi isə 37,3 milyon ABŞ dolları təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə