Azərbaycanda yaxın 10 gün ərzindəki hava proqnozu açıqlandı

Azərbaycanda yaxın 10 gün ərzindəki hava proqnozu açıqlandı

Azərbaycanda havanın temperaturunda dəyişikliklər müşahidə olunacaq. Yaxın 10 gündə Bakıda əvvəlcə buludlu və sərin hava üstünlük təşkil edəcək, daha sonra temperaturun yüksələcəyi, həftənin sonuna doğru isə yağıntı ehtimalının artacağı proqnozlaşdırılır.

SİA-nın məlumatına görə, noyabrın 17-dən 26-dək Bakıda gündüz temperaturunun əsasən 14-20 dərəcə isti arasında dəyişəcəyi gözlənilir. Gecələr isə temperatur 7-13 dərəcə isti olacaq.

Proqnoza əsasən, noyabrın 17-də paytaxtda hava buludlu keçəcək, temperatur gündüz 14, gecə 10 dərəcə isti olacaq. Noyabrın 18-də havanın 17 dərəcəyədək isinməsi, noyabrın 19-da isə temperaturun 20 dərəcəyə çatması gözlənilir.

Noyabrın 20-21-də əsasən günəşli və mülayim hava şəraiti davam edəcək. Bu günlərdə gündüz temperaturu 18-19 dərəcə isti təşkil edə bilər.

Noyabrın 22-23-də buludluluğun artacağı, noyabrın 23-də yağış ehtimalının yüksələcəyi bildirilir. Noyabrın 24-də havanın əsasən günəşli olacağı, temperaturun 20 dərəcəyədək yüksələcəyi gözlənilir.

Noyabrın 25-də buludlu hava üstünlük təşkil edəcək. Ayın 26-da isə günün ikinci yarısında yağış yağacağı ehtimalı var. Həmin gün temperaturun 18 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, noyabrın 17-də Bakıda, Abşeron yarımadasında və bir sıra rayonlarda cənub-qərb küləyinin güclənəcəyi ilə bağlı sarı xəbərdarlıq verilib. Küləyin sürətinin saniyədə 13,9-20,7 metrə çatacağı gözlənilir.

Ölkənin dağlıq ərazilərində isə qar örtüyü qeydə alınıb. Şahdağda qarın hündürlüyü 20, Qrızda 14 santimetr təşkil edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə