AAYDA sədri Lənkəran, Astara və Lerik sakinlərinin müraciətlərini dinləyəcək

AAYDA sədri Lənkəran, Astara və Lerik sakinlərinin müraciətlərini dinləyəcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirli noyabrın 26-da Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarının sakinlərlə görüşəcək.

AAYDA-dan SİA-ya bildirilib ki, vətəndaşlar noyabrın 17, 18 və 19-u tarixlərində (3 gün) qəbula yazılmaq üçün agentliyə rəsmi müraciət edə bilərlər.

Müraciətlər [email protected] elektron poçt ünvanı və ya poçt vasitəsilə qəbul olunur. Həmçinin vətəndaşlar (012) 311-20-19 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Qəbulun təşkili məqsədilə vətəndaşların müraciətləri əvvəlcədən qeydə alınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə