DSMF Dünya Pensiya Sammitinin müsabiqəsində iki beynəlxalq mükafata layiq görülüb

DSMF Dünya Pensiya Sammitinin müsabiqəsində iki beynəlxalq mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) Niderlandda keçirilən Dünya Pensiya Sammitinin “Mükəmməllik və İnnovasiya Mükafatları 2026” müsabiqəsində iki kateqoriya üzrə uğur qazanıb.

Nazirlikdən SİA-ya verilən məlumata görə, “Pensions & Investments” beynəlxalq qurumunun (ABŞ) təşkil etdiyi müsabiqədə Azərbaycanla yanaşı, İtaliya, Portuqaliya, Slovakiya, İsveç, Nigeriya, Niderland, Yunanıstan, Kanada, Malayziya, Litva, Nepal və Ermənistan da daxil olmaqla, ümumilikdə 25 ölkənin müvafiq dövlət qurumları iştirak edib.

Təqdim olunan layihələr beynəlxalq pensiya sistemləri sahəsində aparıcı ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. DSMF-nin “Sərbəst vəsaitlərdən strateji kapitala: müasir investisiya modeli” layihəsi "İnvestisiyalar" kateqoriyası üzrə, “Universal və inklüziv sosial təminat: daha yüksək rifaha doğru” layihəsi isə “Pensiya sisteminin dizaynı və islahatlar” kateqoriyası üzrə yüksək qiymətləndirilib, beynəlxalq mükafat və sertifikatlarla təltif olunub. Hər iki kateqoriya üzrə qazanılan mükafat və sertifikatlar sammit çərçivəsində təşkil olunan təltifetmə mərasimində DSMF-nin nümayəndəsinə təqdim edilib.

Bununla da, DSMF-nin 2021-2026-cı illər ərzində qazandığı beynəlxalq mükafat və sertifikatların ümumi sayı 86-ya çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə