“Təhlükəsiz əmək şəraiti təmin edilmədikdə işçinin işdən imtina etmək və əmək haqqını almaq hüququ var” - HÜQUQŞÜNAS

“Təhlükəsiz əmək şəraiti təmin edilmədikdə işçinin işdən imtina etmək və əmək haqqını almaq hüququ var” - HÜQUQŞÜNAS

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 230-cu maddəsinə əsasən Təhlükəsiz əmək şəraitinin təmin edilməməsi ilə əlaqədar məcburi boşdayanmaya, yaxud işdən imtina etməyə görə işçilərin təminatları:

Məsələ ilə bağlı hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov SİA -ya açıqlamasında danışıb.

O, qeyd edibki,

- İşçilərin təqsiri olmadan əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində
iş yerlərində işin dayandırıldığı müddətdə işçilərin iş yeri, vəzifəsi (peşəsi) və orta əmək haqqı saxlanılır
- İşəgötürən tərəfindən təhlükəsiz əmək şəraiti təmin edilmədikdə və bununla
əlaqədar sağlamlığı və ya həyatı üçün təhlükə olduqda, işçi əmək funksiyasının icrasından imtina və müəyyən olunmuş qaydada təkbaşına tətil elan edə bilər. Bu halda işçi hər hansı məsuliyyət daşımır və həmin əmək mübahisəsi müəyyən olunmuş qaydada həll edilir.
Həmin Məcəlləsinin 233-cü maddəsinə deyilir ki, - Soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması:
- İşçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin
soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır.
- İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli
iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.
- İşçilərə fasilələr verilməsi və işin dayandırılması üçün əsas hesab ediləhavanın
temperaturu və küləyin gücü bu Məcəlləyə 2-ci əlavədə nəzərdə tutulmuşdur. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.
- İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş
verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
Həmin Məcəllənin 238-ci maddəsinə görə - Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsinə görə işəgötürənlərin məsuliyyəti:
- İşçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin
edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə