Rusiyanın Başqırdıstan Respublikasında ölkənin ən böyük neft-kimya komplekslərindən biri, “Qazprom” qrupuna daxil olan “Qazprom neftxim Salavat” müəssisəsi Ukraynanın dron zərbələrinə məruz qalıb.
SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ASTRA məlumat yayıb.
Hava hücumundan sonra müəssisədə şiddətli yanğının başladığı bildirilib.
Müəssisənin əsası 1948-ci ildə qoyulub. Əvvəllər “Salavatnefteorqsintez” adlanan kompleksin tərkibinə neft emalı zavodu, qaz-kimya zavodu və “Monomer” zavodu daxildir.
“Qazprom neftexim Salavat” benzin, dizel yanacağı, kerosin, mazut, polietilen, polistirol, ammonyak, karbamid, plastifikatorlar və butil spirtləri istehsal edir. Kompleks həmçinin Rusiya müəssisələri üçün böyük həcmdə neft məhsulları və kimyəvi xammal istehsalını təmin edir.
Bundan əlavə, Kursk şəhərində 400 min sakini elektrik enerjisi ilə təmin edən yarımstansiyaya da hücum edilib. Obyektdə yanğın baş verib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB