Hörmüz boğazında beş neft tankeri minaya düşərək partlayıb

Hörmüz boğazında beş neft tankeri minaya düşərək partlayıb

ABŞ ordusunun müşayiəti ilə hərəkət edən daha iki neft tankeri Hörmüz boğazında minaya düşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi Hörmüz boğazında iki iri neft tankerinin dəniz minasına düşərək partladığını açıqlayıb.

Məlumata görə, ümumilikdə 4 milyon bareldən çox xam neft daşıyan iki tanker Hörmüz boğazının cənub sahilləri yaxınlığında yanmaqda davam edir.

Partlayışdan sonra gəmilər tərk edilib.

SEPAH-ın açıqlamasında tankerlərin ABŞ qırıcılarının dəstəyi və dronların müşayiəti ilə boğazın qadağan olunmuş marşrutu üzrə gizli şəkildə hərəkət etməyə çalışdıqları qeyd olunub.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri ABŞ ordusunun komandanlığı altında olan və ya onunla əməkdaşlıq edən hər hansı neft tankerinin Hörmüz boğazının icazəsiz marşrutlarından keçməyə cəhd edəcəyi təqdirdə, müdaxilə ediləcəyi barədə xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə