“COP31 Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni imkanlarını nümayiş etdirdi“ -ŞƏRH
“Azərbaycan-Türkiyə münasibətləri COP31-in Türkiyədə keçirilməsi ilə yeni strateji mərhələyə qədəm qoyur. Tarixi qardaşlıq, siyasi etimad və qarşılıqlı dəstək prinsiplərinə əsaslanan müttəfiqlik artıq yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır, regional və beynəlxalq miqyasda da mühüm əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi ilə hüquqi-siyasi müstəvidə daha da möhkəmlənən bu tərəfdaşlıq Azərbaycanın COP29, Türkiyənin isə COP31 prezidentliyi çərçivəsində iqlim diplomatiyası sahəsində birgə təşəbbüslərin və əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradır.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, Bakının Ankaraya COP31-in təşkili istiqamətində verdiyi dəstək xüsusi əhəmiyyət daşıyır. Azərbaycan COP29 sədrliyi dövründə əldə etdiyi təcrübəni Türkiyə ilə bölüşür, iqlim maliyyələşdirilməsi, yaşıl enerji keçidi və beynəlxalq əməkdaşlıq məsələlərində koordinasiyanı gücləndirir. Bu əməkdaşlıq sadəcə diplomatik həmrəylik deyil, həm də iki ölkənin beynəlxalq gündəliyin formalaşdırılmasında birgə iştirak etmək imkanlarının genişlənməsidir:
"Əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri şübhəsiz ki, enerji sektorudur. Azərbaycan və Türkiyə uzun illərdir Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və TANAP kimi layihələrlə Avropanın enerji təhlükəsizliyinə töhfə verirlər. İndi isə bu tərəfdaşlıq yeni mərhələyə – elektrik enerjisinin ötürülməsi və yaşıl enerji dəhlizlərinin yaradılmasına doğru genişlənir. Noyabrın 10-da Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişinin imzalanması bu baxımdan mühüm hadisədir. Layihə Xəzər hövzəsində istehsal edilən yaşıl enerjinin Türkiyə və Gürcüstan vasitəsilə Avropa bazarlarına çatdırılması perspektivini gücləndirir.
Digər tərəfdən, Azərbaycan-Türkiyə əməkdaşlığının regional əhəmiyyəti nəqliyyat, logistika və təhlükəsizlik sahələrində də özünü göstərir. Orta Dəhlizin inkişafı, Zəngəzur istiqamətində nəqliyyat bağlantılarının genişləndirilməsi və türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi hər iki ölkənin strateji mövqelərini gücləndirən faktorlardır. Bu proses Mərkəzi Asiya ilə Avropa arasında yeni iqtisadi və kommunikasiya imkanlarının formalaşmasına xidmət edir.
Təbii ki, bu əməkdaşlığın genişlənməsi regiondakı digər güc mərkəzləri tərəfindən də diqqətlə izlənilir. Lakin Bakı və Ankaranın əsas məqsədi qarşıdurma yaratmaq deyil, regional sabitliyi, iqtisadi inkişafı və qarşılıqlı faydalı tərəfdaşlığı təşviq etməkdir.
Ümumilikdə isə, COP31 Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni imkanlarını nümayiş etdirən mühüm beynəlxalq platforma oldu deyə bilərik. Bu əməkdaşlığın və müttəfiqliyin yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə Cənubi Qafqaz və daha geniş Avrasiya məkanının inkişafına ciddi töhfə verəcəyinə də şübhə yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Amerika Səudiyyəni xilas edir? - BAXIŞ BUCAĞI
Dünya 14:22Şəxsi məlumatlar kimin əlinə keçir? - İKT ÜZRƏ MÜTƏXƏSSİS
Texnologiya 13:33Sabah Azərbaycanda yağış yağacaq
Hadisə 13:18Ağdamın dirçəlişi-tarixin yeni səhifəsi - MƏQALƏ
Siyasət 12:02Sabah pensiyalar tam ödəniləcək
Sosial 11:27Şəhərdə yaşayıb şəhəri tanımamaq - KÖŞƏ
Sosial 11:08Ötən gün 37 cinayətin açılması təmin olunub
Hadisə 11:00Hacıqabulda zəlzələ olub
Hadisə 10:54Rəsmi Bakı Monakonu Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:52Gürcüstan DTX-nin rəisi Bakıya səfər edib
Siyasət 10:25İşlə təmin olunanların sayı 2,4 dəfə artıb - NAZİR
Sosial 10:23Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
İqtisadiyyat 10:02Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib
İqtisadiyyat 10:00Qızıl ucuzlaşıb, gümüş bahalaşıb
İqtisadiyyat 09:57Putin bu gün Trampla görüşəcək - AÇIQLAMA
Dünya 04:061 saylı Bakı DOST Mərkəzində yeni direktor
Sosial 03:22"Mançester Yunayted" FİFA-ya şikayətə gedir...
İdman 18 Noyabr 23:22Ceyhun Bayramov ABŞ nümayəndələri ilə nəyi müzakirə edib?
Siyasət 18 Noyabr 23:02Gələn Dünya Çempionatında məcburi su fasiləsi olacaq? - İDDİA
İdman 18 Noyabr 22:31Görkəmli kinorejissor Rasim İsmayılovun 90 illik yubileyi keçirilib
Mədəniyyət 18 Noyabr 22:22"Sən tam oğrusan, ayı qaşıyansan" - Paşinyandan müxalifətə HƏDƏ
Siyasət 18 Noyabr 22:02Britaniyalı avtomobil istehsalçısı yeni bahalı oyuncaqla sürpriz etdi
Texnologiya 18 Noyabr 21:52Penelopa Kruz izləyicilərin ona niyə təşəkkür etdiyini bölüşüb...
Mədəniyyət 18 Noyabr 21:28Bərdədə avtomobil piyadanı vurub öldürüb
Hadisə 18 Noyabr 21:142026-cı ilin ən yaxşı orta səviyyəli telefonları açıqlandı...
Texnologiya 18 Noyabr 21:06The Atlantic: Süni intellektin gələcəyi Çində deyil…
Texnologiya 18 Noyabr 20:48Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gedib
Siyasət 18 Noyabr 20:44Qazaxda yol qəzasında 3 nəfər ölüb, xəsarət alanlar var
Hadisə 18 Noyabr 20:36Artıq Krım körpüsünü təmir etməyin mənası yoxdur...
Dünya 18 Noyabr 20:26Alman nazir Paşinyan və Mirzoyanla görüşü barədə paylaşım edib
Dünya 18 Noyabr 20:17Rusiya təbliğatçıları Putinin planlarını sızdırıblar...
Dünya 18 Noyabr 20:07“Putin həqiqətən də ağrıyır”...
Dünya 18 Noyabr 19:51YAP nümayəndə heyəti Rusiyada keçirilən beynəlxaq tədbirdə iştirak edib
Siyasət 18 Noyabr 19:42Azərbaycanla yeni iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etdik
Siyasət 18 Noyabr 19:33İran ABŞ ilə müharibənin raket elmi üçün faydalarından danışdı...
Dünya 18 Noyabr 19:26Rusiyanın ən böyük taxıl ticarətçisi işçiləri ixtisara başlayıb...
İqtisadiyyat 18 Noyabr 19:04ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsinə zərbə endirib
Dünya 18 Noyabr 18:59Putin və iki kukla arasında saxta danışıqlar...
Dünya 18 Noyabr 18:49Ukrayna ordusu Krasnodarda iki neft emalı zavodunun vurub...
Dünya 18 Noyabr 18:33Epik görüş...
Rəy 18 Noyabr 18:27Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
Sosial 18 Noyabr 18:13DW: Tramp, Si və Putin APEC sammitindən nə istəyirlər?
Dünya 18 Noyabr 18:04KİV: Putin Çinə nüvə çantası ilə gedib
Dünya 18 Noyabr 18:03Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8637
-0,24%
-
GBP
2,2325
-0,50%
-
RUB
2,0630
-0,28%



