Həssas əhali qruplarının aktiv məşğulluq proqramlarına cəlb olunması, onların sosial müdafiəsinin gücləndirilməsi və əmək bazarına inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələr verib. Ötən dövrdə məşğulluq proqramlarının əhatə dairəsi genişlənib, müxtəlif istiqamətlər üzrə göstəricilərdə artım qeydə alınıb.
SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi və aktiv məşğulluq proqramlarının əhatə dairəsinin genişləndirilməsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub.
Onun sözlərinə görə, ötən dövr ərzində işlə təmin olunanların sayı 2,4 dəfə, özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 5,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayı isə 4,1 dəfə artıb.
Anar Əliyev qeyd edib ki, sosial tərəfdaşlıq çərçivəsində haqqı ödənilən ictimai işlərə cəlb olunanların sayı 2,6 dəfə, əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına cəlb edilənlərin sayı isə 3,5 dəfə yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB