"Venesuela ilə hərbi əməkdaşlıq haqqında saziş imzaladıq" - Pentaqon rəhbəri

"Venesuela ilə hərbi əməkdaşlıq haqqında saziş imzaladıq" - Pentaqon rəhbəri

ABŞ və Venesuela müdafiə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi barədə saziş bağlayıb. Bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset Karakasda Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqeslə görüşün yekunlarına dair bildirib.
"ABŞ və Venesuela silahlı qüvvələrin möhkəmləndirilməsi və sərhəd təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, hərbi sahədə qarşılıqlı əlaqələri genişləndirmək barədə razılığa gəlib".
Pentaqon rəhbərinin sözlərinə görə, ABŞ tərəfi Bolivar Respublikası ilə qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlıdır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə