"İki ölkə regional təhlükəsizlik çağırışlarına qarşı koordinasiyalı fəaliyyət göstərir" - POLİTOLOQ DANIŞDI

"İki ölkə regional təhlükəsizlik çağırışlarına qarşı koordinasiyalı fəaliyyət göstərir" - POLİTOLOQ DANIŞDI

"Azərbaycan və Türkiyə həm müttəfiq, həm də qardaş ölkələrdir. İki dövlət Cənubi Qafqazda birgə və koordinasiyalı siyasət həyata keçirir və bu siyasətin bundan sonra da davam etdirilməsi gözlənilir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Qobu 31-də Azərbaycan Prezidentinin iştirakı Azərbaycan-Türkiyə qardaşlığının və müttəfiqlik münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir:

"Azərbaycan hər zaman Türkiyəyə siyasi və digər sahələrdə dəstək verir. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Azərbaycanın mövqeyini müxtəlif platformalarda dəstəklədiyini görürük.

Tərəflərin beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlığı həm regional, həm də beynəlxalq müstəvidə hər iki dövlətin mövqeyinin güclənməsinə xidmət edir.

Nəzərə almaq lazımdır ki, hazırda regionda yeni siyasi transformasiya prosesi gedir. Bu prosesdə Türkiyənin rolu və həyata keçirdiyi siyasət Azərbaycanla sıx koordinasiya olunur. Xüsusilə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda Bakı və Ankara arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Bütün bunlar göstərir ki, Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri yüksək səviyyədədir. Müttəfiqlik münasibətləri Şuşa Bəyannaməsinin ruhuna və prinsiplərinə uyğun şəkildə inkişaf etdirilir. Hər iki ölkə regional təhlükəsizlik çağırışları, müdafiə, siyasi əməkdaşlıq və digər strateji məsələlər üzrə birgə fəaliyyət göstərir. Bu əməkdaşlıq gələcəkdə də regionda təhlükəsizlik və sabitliyin təmin olunması istiqamətində mühüm rol oynayacaq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə