“Mindən çox azərbaycanlı Almaniyanın universitetlərində təhsil alıb” - Ceyhun Bayramov
Azərbaycanla Almaniya arasında humanitar əlaqələrin mühüm istiqamətlərindən biri təhsil sahəsində əməkdaşlıqdır. İndiyədək mindən çox azərbaycanlı Almaniyanın ali təhsil müəssisələrində təhsil alıb.
SİA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Almaniyanın xarici işlər nazirlərinin birgə mətbuat konfransı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan tərəfindən həyata keçirilən xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində mindən çox azərbaycanlı Almaniyada təhsil alıb. Bununla yanaşı, Almaniyanın DAAD proqramı vasitəsilə də çoxsaylı azərbaycanlı gənclər bu ölkədə təhsil imkanlarından yararlanıblar.
Ceyhun Bayramov qeyd edib ki, Almaniyada fərdi qaydada təhsil alan azərbaycanlı gənclərin sayı da az deyil. O, bunu iki ölkə arasında humanitar əlaqələrin müsbət inkişaf istiqamətlərindən biri kimi qiymətləndirib.
Nazirin sözlərinə görə, görüş zamanı Azərbaycan və Almaniya universitetləri arasında gələcək əməkdaşlıq imkanları da müzakirə olunub. O, həmsöhbətinə Azərbaycanın digər Avropa ölkələri ilə həyata keçirdiyi universitet layihələri barədə məlumat verib.
Ceyhun Bayramov, həmçinin Azərbaycan Texniki Universiteti, Azərbaycan Dəmiryol Universiteti və müvafiq qurumlarla nəzərdə tutulan Azərbaycan-Alman Universiteti layihəsi üzrə danışıqlara başlanması məsələsinin müzakirə edildiyini və Azərbaycanın bu təşəbbüsə maraq göstərdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB