Gələn il aprelin 1-dən etibarən Azərbaycanda vətəndaşlar əməkhaqlarını istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər. Yeni qaydaya əsasən, maaş hesabının bir bankdan digərinə köçürülməsi üçün əlavə ödəniş tələb olunmayacaq. Bu dəyişiklik işçilərə bank seçimi baxımından daha geniş imkanlar yaradacaq və banklar arasında rəqabəti gücləndirəcək. Lakin vətəndaşlar maaş kartını dəyişərək başqa bankın xidmətlərindən yararlanmaq istədikdə əlavə komissiya və ya xidmət haqqı ilə üzləşə bilərlərmi? Banklar müştəri cəlb etmək məqsədilə bu cür ödənişlərdən imtina edəcəklərmi?
Məsələ ilə bağlı iqtisadçı Əkrəm Həsənov SİA-ya açıqlamasında bildirib ki, bu məsələdə qərar hər bir bankın özündən asılı olacaq:
"Bankların maaş hesabının başqa banka keçirilməsinə görə komissiya tətbiq etməsi real görünmür. Banklar əksinə, daha çox müştəri cəlb etməkdə və vətəndaşların məhz onların xidmətlərindən istifadə etməsində maraqlıdırlar. Bu baxımdan, hər hansı bank belə bir ödəniş müəyyənləşdirsə, vətəndaşlar həmin bankı seçməkdən imtina edərək alternativ maliyyə qurumuna üz tuta bilərlər. Vətəndaşlara bank seçmək imkanının verilməsi də məhz bu baxımdan əhəmiyyətlidir. Beləliklə, hər kəs təqdim olunan xidmətlərin qiymətini və keyfiyyətini nəzərə alaraq özü üçün daha uyğun bankı seçə biləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB