Qərb gücləri keçmiş müstəmləkələrə "kvadrilyon dollardan" çox ziyan vurublar və sanksiyaların tətbiqi neokolonializmin bir formasıdır. Buna görə də, Rusiya diplomatları BMT səviyyəsində onların insanlığa qarşı cinayət kimi tanınmasına çalışacaqlar, deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və "Vahid Rusiya" partiyasının lideri Dmitri Medvedev bildirib. "Bir əsrlik barbar istismar..., ərazilərin zorakılıqla yenidən bölüşdürülməsi və ənənəvi həyat tərzlərinin məhv edilməsi kölə edilmiş xalqların hesabına metropolların çiçəklənməsini təmin etdi. Əslində, onlar hələ də çiçəklənirlər - çox şey onların ötən əsrlərdə etdikləri sayəsində", - deyə Medvedev "Millətlərin Azadlığı Uğrunda!" hərəkatının plenar iclasında vurğulayıb.
Özünü (neo)müstəmləkəçiliyə qarşı mübarizə aparan geniş beynəlxalq koalisiya kimi təqdim edən təşkilat 2024-cü ilin fevral ayından bəri Vahid Rusiyanın himayəsi altında fəaliyyət göstərir. Medvedev əlavə edib ki, "sadə insanlar" "qlobal çoxluq" ölkələrində Qərbin sanksiyalarından əziyyət çəkir və müstəmləkəçilik Qlobal Cənub və Şərqdə dəhşətli nəticələr buraxıb.
"Bu gün biz yalnız keçmiş müstəmləkəçi güclərin tarixi məsuliyyətinin beynəlxalq səviyyədə tanınmasını deyil, həm də onlara vurduqları zərərin əvəzini ödəmək mexanizmlərinin əsaslı müzakirəsini axtarmalıyıq", - deyə Vahid Rusiyanın rəhbəri "hərəkatın bütün iştirakçılarını", dostlarımızı və qonaqlarımızı Kremllə daha fəal əməkdaşlıq etməyə çağırıb.
Bundan əvvəl Aİ üzv ölkələrinin səfirləri Ukraynaya qarşı təcavüzün maliyyələşdirilməsində iştirak edən 50 Rusiya bankını əhatə edən məhdudiyyətlər barədə razılığa gəlmişdilər.
VƏLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB