Milli Məclisin növbəti plenar iclası keçirilir

Milli Məclisin növbəti plenar iclası keçirilir

Noyabrın 18-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilir.

SİA xəbər verir ki, iclasda Milli Məclisin sədri Sahibə Qafarova, parlamentin deputatları və hökumət üzvləri iştirak edirlər.

Plenar iclasın gündəliyinə bir sıra mühüm məsələlər, o cümlədən 2027-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri çıxarılıb.

İclas zamanı büdcə layihələri ətrafında müzakirələrin aparılması, müvafiq qanunvericilik aktlarına dəyişikliklərin nəzərdən keçirilməsi nəzərdə tutulur.

Deputatlar gündəlikdə yer alan məsələlərlə bağlı fikir və təkliflərini səsləndirir, təqdim olunan qanun layihələrini müzakirə edirlər.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə