Samuxda minik maşını aşıb, xəsarət alanlar var

Samuxda minik maşını aşıb, xəsarət alanlar var

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun "Kür yolu" adlanan ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik maşını idarəetmədən çıxıb. Nəticədə, minik maşını yolun kənarına aşıb.

Qəza zamanı 2 nəfər xəsarət alıb, yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə