...Avropa İttifaqı Moskvada yerləşən Sosial Dizayn Agentliyinə, onunla əlaqəsi olan 24 şəxsə, həmçinin rusiyayönlü NoName057(16) haker qrupunun üzvlərinə qarşı sanksiyalar tətbiq edib.
Ümumilikdə dezinformasiya kampaniyaları və kiberhücumlarda iştirak edən 30 nəfər və iki təşkilat yeni məhdudiyyətlərə məruz qalıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Politico Europe” yazır.
Qeyd edək ki. agentlik Putin administrasiyası tərəfindən maliyyələşdirilir, idarə və nəzarət olunur. Avropa ölkələrinə və qurumlarına qarşı kampaniyalar təşkil edib, həmçinin Ukraynaya ictimai dəstəyi zəiflətməyə çalışıb.
Təşkilat Doppelganger dezinformasiya şəbəkəsi ilə əlaqələndirilir. O, 2024-cü il Avropa Parlamentinə seçkilər öncəsi saxta materiallar yayaraq Almaniya və Fransaya qarşı xüsusi əməliyyatlar həyata keçirib.
Rusiyanın 2022-ci ilin martında Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonra yaranan “NoName057(16)” qrupu da sanksiyaya məruz qalıb.
O, Aİ, Ukrayna və ABŞ-da dövlət qurumlarına, kritik infrastruktura və özəl şirkətlərə DDoS hücumlarına görə məsuliyyəti öz üzərinə götürür.
Sanksiya siyahısına teleaparıcılar Vitali Eliseev və Pyotr Marçenko, bloger Yuri Podolyak və RT beynəlxalq departamentinin əməkdaşı Çey Bose də daxil olmaqla rusiyalı təbliğatçılar da daxil edilib.
Sanksiyalar siyahısında olanların aktivlərinin dondurulmasını və Aİ ölkələrinə girişinin qadağan edilməsini əhatə edir. Avropa vətəndaşlarının və şirkətlərinin onlara maliyyə dəstəyi göstərməsi də qadağandır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB