Lənkəranda 3 ailənin yaşadığı ev yanıb

Lənkəranda 3 ailənin yaşadığı ev yanıb

Lənkəranda fərdi yaşayış evində güclü yanğın baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, yanğın hadisəsi şəhərin Mirzə Fətəli Axundov küçəsində üç ailənin yaşadığı evdə baş verib. Hadisə zamanı evdə olan 8 nəfər təxliyə olunub.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub. Külək alovun sürətlə yayılmasına şərait yaradıb. Əraziyə cəlb olunan yanğınsöndürənlərin müdaxiləsindən sonra alovun qarşısı alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə