Türkiyə Rusiyanın Qara dənizdəki təcavüzünü dayandırmağa qadirdir

Ankara bölgənin ən güclü donanmasına sahibdir...
Türkiyə Rusiyanın Qara dənizdəki təcavüzünü dayandırmağa qadirdir

....2026-cı ilin ilk doqquz ayında Qara dənizdə 570-dən çox gəmi hücuma məruz qalıb və ən azı 40 dənizçi həlak olub. Təhdidlər artdıqca, Türkiyə Ukrayna, Rumıniya və Bolqarıstanla qüvvələri birləşdirərək regional təhlükəsizliyin təmin edilməsində aparıcı rol oynaya bilər.

Bunun üçün Ankara birgə müdafiədə daha fəal iştirak etməli və Moskva ilə münasibətlərin balansına yenidən baxmalı olacaq,

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avropa Siyasətinin Təhlili Mərkəzi CEPA yazır.

Qara dəniz artıq “dünyanın ən təhlükəli su hövzəsi” adlanır. Beynəlxalq Dəniz Təşkilatının məlumatına görə, burada həlak olan dənizçilərin sayı ilin əvvəlindən 24 nəfərin öldüyü Hörmüz boğazından daha çox olub.

Rusiya hücumları təkcə Ukrayna ticarəti ilə əlaqəli gəmilərə təsir göstərmədi.

Rumıniya və Bolqarıstanın ərazi suları yaxınlığında da daxil olmaqla, digər ticarət gəmiləri də vurulub - hər iki ölkə NATO üzvüdür.

Bu, Moskvanın alyansın bu cür təhdidlərə cavab verməyə hazırlığını yoxlamaq cəhdi ola bilər.

Vəziyyət Ankara üçün yeni imkanlar açır.

CEPA-nın analitiki Fuad Şahbazovun fikrincə, Rusiya Qara Dəniz Donanmasının döyüş hissələrinin təxminən üçdə birini itirdikdən və ya ciddi şəkildə zədələdikdən sonra Türkiyə regionun ən güclü dəniz qüvvələrinə sahibdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna prezidenti Vladimir Zelenski ilə Qara dənizin təhlükəsizliyini müzakirə edib.

O, Rusiya hökmdarı Vladimir Putinlə də danışıqlar aparmaq niyyətindədir.

2024-cü ildə Türkiyə, Rumıniya və Bolqarıstan artıq dəniz minalarına qarşı birgə qrup yaradıblar.

İndi kommersiya gəmiçiliyi, sualtı infrastruktur və pilotsuz uçuş aparatları və raket hücumlarına qarşı müdafiə sahəsində əməkdaşlığı genişləndirmək təklif olunur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə